\
22 Noyabr 2024 - Cümə

“Televiziyada çalışmaq geniş ətraf qazandıra bilər, amma qəlb dostları əsla” - Əsmər Vəlisoy - FOTOLAR

“Televiziyada çalışmaq geniş ətraf qazandıra bilər, amma qəlb dostları əsla” - Əsmər Vəlisoy - FOTOLAR
4930baxış

“Televiziyada çalışmaq sadəcə sənə çoxlu insanlar, geniş ətraf qazandıra bilər, amma qəlb dostları əsla”

“Biləndə ki, hamıdan hərşeyi gözləmək olar, onda yaşamaq da, işləmək də asan olur”

Televziyada əsmər xanımlarımız, xüsusən əsmər xəbər aparıcılarımız barmaqla sayılası qədərdir. Bu dəfəki müsahibimiz adı da, özü də milli, tipik azəri xanımlarının özəlliklərini özündə əks etdirən adı kimi özü də əsmər olan Əsmər Vəlisoydur. Uzun müddət ANT, Space televiziyalarında xəbər aparıcısı kimi fəaliyyət göstərən Əsmər Vəlisoy hazırda Baku Tv- də xəbər aparıcısı kimi fəaliyyətinə davam etdirir.

Mediapress.az Əsmər Vəlisoyun müsahibəsini təqdim edir:

-Aparıcı olmaq üçün hansı meyarlara daha çox önəm verilməlidir? Sizcə gözəllik, danışıq mədəniyyəti, jest, nitq, yoxsa aktyorluq əsas götürülür?

-Spikerlik uşaqlıqdan televiziyanın sehrinə qapılan insanların xəyalıdır deyərdim. Bəzilərimizdə bu ciddi şəkil alır və arxasınca gedirik. Lakin bir mif var ki, aparıcılıq deyəndə ağıla ilk gözəllik gəlir. Amma bu kriteriya önəmli olsa da həlledici deyil. Gözəllik sadəcə tövsiyə məktubudur –tamaşaçıya çatır, sonrası qəbul olunmursa həmin o məktub bağlanır. “Sonrası” dediklərim isə danışıq, jest, mimika, dildəki ifadələri, sözləri düzgün istifadə edə bilmək və digər bacarıqlardır. Düşünürəm ki, xüsusilə dünyagörüşü inkişaf etdirmək inandırıcı spiker olmağın əsasıdır. İntellekt, savadlı nitq ən vacib meyardır.

– Sizcə aparıcı bir sahə üzrə yoxsa müxtəlif sahələr üzrə fəaliyyət göstərə bilər? Misal üçün xəbər aparıcıları şou verilişləri aparmaqdan imtina edirlər.

– Xəbər aparıcısının şou verilişi aparması və ya əksinə şəxsi qərardır. Aparıcı bunu bacaracağından əmindirsə, şəxsi seçimidir. Ümumiyyətlə insan xarakterinə, ruhuna yaxın bir işdə uğurlu ola bilər. Ciddi profildən şouya keçmək mənim fikrimcə məndə alınmaz. Şou heç vaxt maraq dairəmdə olmayıb.

-Hədəfləriniz nələrdir və o hədəflərinizə çatmısınızmı?

-Məqsədlərimdən biri xəbər aparısı olmaq idi. Hədəfim isə heyranlıqla izlədiyim xarici medialarda çalışmaq və favori seçdiyim spikerlər kimi uğurlu olmaqdır. Hərçənd ki, bu iş “suda yazı yazmaq” kimidir. Hər şeyə rəğmən işimi sevirəm və mümkün olanın ən yaxşısını etməyə çalışıram və çalışacam. Digər çatmaq istədiyim məqsədlərə isə birlikdə şahid olacağıq.

-Televiziyada çalışan üzdə olan insanların dostu çox olur. Bəs sizdə necə?

– Televiziyada çalışmaq sadəcə sənə çoxlu insanlar, geniş ətraf qazandıra bilər, amma qəlb dostları əsla. Çox az sayda da olsa doğma, əziz insanlar tanıdım. Bu sahədə insanı məcburi dəyişdirən, uşaqlıq saflığını alan çox səbəblər olur. Ancaq biləndə ki, hamıdan hərşeyi gözləmək olar, onda yaşamaq da, işləmək də asan olur.

– Bir çox televzialarda çalışmısınız. Çalışdığınzı kanalların hansısnda özünüzü rahat və yerinizdə hiss etmisiniz?

– İndiyədək işlədiyim televiziyaların çətinlikləri ilə, uğurları ilə həyatımda öz rolu olub. Diqqət, qayğı, dəstək hətta qərəz, nifrət, mobbinq hərşeylə rastalaşa bilərsən. Sadəcə nə istədiyini bilməli, ancaq öz inkişafın üçün çalışmalısan. David Star Cordanın dediyi kimi: Hara getdiyini bilən adama yol vermək üçün, dünya belə kənara çəkilir.

Mənə dəstək olan insanlara dərin təşəkkürlərimi bildirirəm.

Xəyalə Rəis