\
19 Aprel 2024 - Cümə

"Fəxri ad alanları təbrik etmədim və bu barədə danışmaq da istəmirəm..." - Alim Qasımov

"Fəxri ad alanları təbrik etmədim və bu barədə danışmaq da istəmirəm..." - Alim Qasımov
1792baxış
Azərbaycanın xalq artisti, “Şərəf” ordeni ilə təltif olunmuş dünyaşöhrətli Alim Qasımov Moderator.az-ın “Danıçacaqlarım var” rubrikasının qonağıdır:
 
- Alim müəllim, necəsiniz? Niyə görünmürsünüz? Olmaya yeni layihələriniz var?
 
- Xoş gününüz olsun.  Yox, hələlik heç bir yeniliyim yoxdur. 
 
- İstirahət edirsiniz, deyəsən.
 
- Hə (gülür).
 
- Xaricə ölkələrə qastrol səfərləri gözlənilir? 
 
- Olmalıdır, bir–iki təkliflər gəlib, üzərində işlər gedir. Görək... məlumat verəcəyəm sizə. 
 
- Alim müəllim, sizin fikriniz çox önəmlidir. Sonuncu “Xalq Artisti” fəxri adlara layiq görülənlərlə bağlı – Röyalə Nəcəfova, Tünzalə Ağayeva, Miryusif Mirbabayev haqda nə düşünürsünüz? Layiq idilərmi?
 
- Mən bu barədə danışmaq istəmirəm. 
 
- Bəs kimlər unuduldu? Kimlərə fəxri adların verilməsini gözləyirdiniz?
 
- Nə deyim Vallah... Bir sözüm yoxdur. 
 
- Təbrik etdiniz Röyanı, Miryusifi, Tünzaləni?
 
- Yox, heç kimi təbrik etmədim. 
 
- Niyə?
 
- ... 
 
Hazırladı: Könül Aypara