\
21 Aprel 2024 - Bazar günü

Məşhur aktyorun qəzaya düşdüyü anın GÖRÜNTÜLƏRİ - Kömək etmək istədi - VİDEO

1876baxış

Bakının Ziya Bünyadov prospektinin Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.

ARB TV xəbər verir ki, Yasin Həziyev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşınında texniki nasazlıq yaranıb, benzin nasosu xarab olub.

Avtomobildə olan aktyor sərnişin Fərhad Səmimi sürücüyə kömək etmək üçün aşağı düşüb. Bu zaman taksi fəaliyyəti ilə məşğul olan 38 yaşlı Firdovsi Məmmədovun idarə etdiyi "VAZ-2105" markalı avtomobil arxadan sürətlə gələrək "Mercedes"ə çırpılıb. Nəticədə Fərhad Səmimi yüngül bədən xəsarəti alıb. Ona ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Mediapress.az