\
24 Noyabr 2024 - Bazar günü

DYP-nin reydi zamanı gərginlik - "Sən kimsən ki..." - VİDEO

1949baxış
Sürət həddi aşılır, yol nişanlarının tələbləri pozulur, təhlükəsizlik kəmərindən isə ümumiyyətlə istifadə olunmur. Yol hərəkəti qaydalarına əməl etməyən sürücülər mənzil başına tələsik çatmağı sanki öz həyatlarından üstün tuturlar. Necə gəldi avtomobil idarə edən sükan sahibləri yollarda vəziyyəti çətinləşdirməklə yanaşı, digər hərəkət iştirakçılarını da təhlükəyə atırlar.
 
"ARB 24” Tovuzda aparılan reydi kameralarına lentə alıb.
 
Sürücülərdən bəziləri qaydaları pozması azmış kimi çəkiliş qrupumuza kobud şəkildə etiraz etməkdəndə çəkinmədilər. Reyd zamanı Avtomobil sahibi sərnişinləri ilə birgə əməkdaşlarımıza hücum etdi.
 
Sərnişin: "Sən kimsən axı icazəsiz çəkirsən?”.
 
Sürücü: "Hansı qaydanı pozmuşam? Yol kəsmişəm, adam öldürmüşəm? Hansı qayda? 40 maşın gedib, hansı biri qaydanı pozmayıb, kəməri taxıb? Mikrafonu da o tərəfə elə”.
 
Təqribən bir saat ərzində apardığımız çəkiliş zamanı 50-ə dək sürücü yol hərəkəti qaydalarını pozduğuna görə cərimələndi. Hər halda sürücünün məlumatsız olması, onun cərimələnməsi üçün ciddi səbəbdir. Amma yol polisinin də məqsədi heç də cərimələmək deyil. Siz isə cərimə olunmaq istəmirsinizsə, qaydalara əməl etməlisiniz. O qaydalara ki, sizin həyatınızın təhlükəsizlik təminatçısıdır.