\
24 Noyabr 2024 - Bazar günü

"Bazarstore" çörəkdən çıxan əlçəklə bağlı açıqlamanı "belə" verdi - MEDİA TV - Eksklüziv reportaj - VİDEO

1842baxış

MEDIA TV

Çörək həyatdır. Tanrı sovqatı olan çörək, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar üçün müqəddəs nemətdir. Azərbaycanlılar çörəyi hər şeydən üstün tutur, onu duz ilə birlikdə süfrəyə birinci gətirir və süfrədən də axırda aparırlar. Çörəyə hörmət hər bir azərbaycanlının qanında və canındadır. Bəlkə də elə həmin səbəbdən çörəyə and içir, kiminsə səhlənkarlığı ucbatından yerə düşmüş çörək parçasını qaldırıb öpür və gözünün üstünə qoyuruq. Bu, çörəyin müqəddəsliyinə böyük inamdan irəli gəlir. Çörək xalqın və bütövlükdə ölkənin sərvəti olmaqla yanaşı, həm də qüdrətidir.

Amma bu gün sosial şəbəkələrdə paylaşılan bir fotogörüntü hər kəsi dəhşətə gətirib. Belə ki, Xırdalan şəhərində "Bazar Store"dan alınan çörəyin içindən əlcək barmağının çıxması müzakirələrə səbəb olub.

Alıcı çörəyin "Bazar Store"un sexində bişirildiyini qeyd edib. Onun sözlərinə görə, əlcəyin barmağını qızının ağzından çıxarıb. 

Məsələ ilə bağlı "Bazar Store"la əlaqə saxladıq. Baş ofisin müştərilərlə əlaqə nömrəsindən tutmuş şəhər nömrələrinə kimi... Amma “Bazarstore”da bir məxluq tapılmadı ki dəstəyi qaldırsın.

Bu da şəhərimizin ən böyük supermarket şəbəkəsi olan “Bazarstore”un həm müqəddəs nemət olan çörəyə qoyduğu dırnaqarası hörmət. Həm də müştərilərinə göstərdiyi  qeyri-adi qayğı...

Könül AYPARA