\
5 Oktyabr 2024 - Şənbə

Goranboylu yaralı qaziyə sahib çıxan yoxdur! - MEDİA TV - Eksklüziv - VİDEO

4962baxış

MEDIA TV

“Sağlığında qiymət verin insanlara”  deyib dahi şairimiz Cabir Novruz.

Bu bir cümlə kimisinə sadə görünsə də, əslində danılmaz faktdır. Həqiqətən də insanlara sağlığında qiymət vermək lazımdır.

Bu əzəmətli kəlamı nəinki yaradıcı, görkəmli şəxslərə, həmçinin vətən keşiyində dayanan əsgərlərimizə də şamil etmək olar. Onlardan hansınınsa şəhidlik zirvəsinə ucalmasını gözləməməliyik. Vətən keşiyində dayanan hər bir əsgərimizin başından bir tük əskik olmamasından ötrü əlimizdən gələni etməliyik!

Bu günlərdə sosial şəbəkədə Rafiq Ələkbərov adlı Goranboy rayonu Dəliməmmədli kənd sakini haqda məlumat  paylaşılıb. Statusda deyilir:

“Diqqət!!! Bir bu igid oğlana baxın. Adi Rafiq Ələkbərovdur. Vətən keşiyində dayanıb  (Füzuli rayonu Alxanlı kəndi), xidməti vəzifəsini yerinə yetirərkən ayaqlarının hərəkət qabiliyyətini itirib. Goranboy rayonu Dəliməmmədli qəsəbəsindəndir. Nə rayon İcra hakimiyyəti, nə də millətin seçdiyi millət vəkili bununla maraqlanmır. Azərbaycanda müalicəsi olsa da, maddi vəsaiti olmadığı üçün müayinə ola bilmir. Məmurlar da buna biganə yanaşır. Ay məmurlar ! Bu igid bu vətənin keşiyini çəkəndə itirib ayaqlarını. Bir düşünün. Hansınız öz oğlunuzu gecələr səngərdə keşik çəkməyə qoymusunuz? Atası oğlunun dərdindən 2 il əvvəl ölüb. Ailə çox imkansızdır. Qaza 350, işığa 500 manat borcu olduğundan kəsilib.

İnsafınız olsun ! Vətən üçün can qoyan insana nəzər yetirin. Hansı zəmanədir ki, onlar evdə odun yandırır?! Vicdanınız olsun, ay aiddiyyatı olan məmurlar ! 
Çox xahiş edirəm məsələni ictimailəşdirin. Bəlkə Vətən oğluna kömək edən tapıldı. Yoxsa bir cəsur vətən övladını da itirəcəyik.”

Bu mövzu ilə əlaqədar araşdırmalara başladıq. Vətən keşiyində dayanan zaman ayaqlarının hərəkət qabiliyyətini itirmiş cavan oğlanın düşdüyü vəziyyətlə bağlı bir çox dövlət idarələri ilə əlaqə saxladıq. Bu barədə ətraflı növbəti süjetimizdə!

Könül AYPARA