AQTA-ya yeni mətbuat katibi təyin edilib
26237
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müvafiq əmri ilə qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə yeni təyinat olub.
Mediapress.az-ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə tanınmış jurnalist İlkin Kərimov təyin edilib.
Qeyd edək ki, İlkin Kərimov daha əvvəl “ANS TV”, “ASAN Radio” və digər media qurumlarında müxbir, aparıcı, baş redaktor vəzifələrində çalışıb.
Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə telejurnalist Aysel Fərziyeva çalışıb.