Yerevan küçələrinə zirehli texnika yeridildi – FOTO
1834
Bu gecə yerli vaxtla saat 23:00-da Ermənistan paytaxtına zirehli texnika yeridilib.
"Sputnik” xəbər verir ki, Yerevanın iki müxtəlif hissəsində jurnalistlər piyadaların zirehli maşınlarının fotoşəkillərini çəkməyə müvəffəq olublar.
Bildirilir ki, martın 25-dən 31-nə qədər Ermənistanda ölkə üzrə vətəndaşların hərəkətlərinə məhdudiyyətlər tətbiq edilib. Bunda məqsəd koronavirusun yayılmasının qarşısının alınmasıdır.
Karantin qaydalarını pozan şəxslər 100-250 min dram (340-850 manat) məbləğində cərimə edilir.
Qeyd edək ki, bu günə kimi Ermənistanda 249 koronavirusa yoluxma halı qeydə alınıb.