\
25 Noyabr 2024 - Bazar ertəsi

Yerevanda jurnalistərin etiraz aksiyası keçirilir

Yerevanda jurnalistərin etiraz aksiyası keçirilir
1719baxış

Yerevanda meriya binasının qarşısında jurnalistərin etiraz aksiyası keçirilir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, aksiya mətbuat nümayəndələrinin meriya binasına girişinin qadağan olunmasına etiraz olaraq davam edir.

Səhər saatlarından başlayan aksiya “Qapıları açın, mətbuat gəlir” şüarı ilə keçirilir.

Qeyd edək ki, fevral ayının əvvəlində Yerevan meriya binasında keçirilmiş Ağsaqqallar Şurasının iclası zamanı baş vermiş iğtişaşdan sonra jurnalistlərin binaya girişi qadağan olunmuşdu.

Mediapress.az