\
6 Oktyabr 2024 - Bazar günü

Ermənistanda avtomobil aşdı, 3 hərbçi yaralandı

Ermənistanda avtomobil aşdı, 3 hərbçi yaralandı
1926baxış

Ermənistanda “VAZ-2121” markalı avtomobilin aşması nəticəsində 3-ü hərbçi olmaqla, 6 nəfər yaralanıb.

“Report” “Novosti Armeniya"ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb.

Bildirilib ki, hadisə Ermənistanla Azərbaycan sərhədinin yaxınlığında, Vardenis (Göyçə) - Çambarak avtomobil yolunda, ermənilərin Pokr Masrik adlandırdıqları kəndin ətrafında baş verib.