Dağlıq Qarabağda daha bir Ermənistan hərbçisi öldü
2522
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi Taron Poqsoyan ölüb.
“Report” “Novosti Armeniya”ya istinadən bildirir ki, hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
1988-ci ildə anadan olan Taron Poqosyanın minaya düşərək öldüyü iddia olunur.
O, orduda müqavilə əsasında xidmət edirmiş.
Hadisə ilə bağlı araşdırma aparılır.