Ermənistanın səhiyyə naziri avtomobillə uşaq vurub
1167
Ermənistanın səhiyyə naziri Arsen Torosyan idarə etdiyi şəxsi avtomobili ilə uşaq vurub.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.
“Özüm uşağı xəstəxanaya apardım. Lazım olan bütün müayinələrdən keçdi. Sağ dirsəyi yaralanıb. Həyatı üçün təhlükə yoxdur”, - o, yazıb.
Hadisə iyunun 13-də baş verib. Uşağın 10 yaşı var.