Ermənistan polisi Olimpiya çempionunu döyüb - VİDEO
1363
Ermənistan idmançıları güləş üzrə dünya və Olimpiya çempionu Roman Amoyanın polis tərəfindən döyülməsinə və güləşçiyə qarşı pis rəftarına qarşı çıxıb.
Mediapress.az xəbər verir ki, Ermənistan Olimpiya Komitəsinin rəisi və “Çiçəklənən Ermənistan”ın lideri Qaqik Sarukyanın həbsindən sonra ötən gün ölkə polisi Sarukyanın tutulmasına etiraz edənlər arasında yer alan məşhur erməni güləşçisi Roman Amoyana qarşı zorakılığa əl atıb.
Amoyan erməni polisi tərəfindən döyülüb-söyülərək tutulub. Hadisənin videosunun yayılması ilə Ermənistanda idman camiəsi polisin davranışına etiraz edib.
Günel Ayxan