\
24 Noyabr 2024 - Bazar günü

İrəvanda Rusiyaya qarşı yeni kampaniya başlayır

İrəvanda Rusiyaya qarşı yeni kampaniya başlayır
2159baxış

Rusiya Ermənistanda antirusiya əhval-ruhiyyəsinin artmasından narahatdır.

Axar.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb.

Moskvanı bu əhval-ruhiyyənin hakimiyyətyönlü dairələr, hökumət nümayəndələri və deputatlar tərəfindən yaradılması narahat edir.

Məlumata görə, Rusiya rəsmiləri bu barədə Ermənistanın hakim dairələrinə irad bildiriblər, hakimiyyət isə bunun Ermənistanın daxili siyasi problemi olduğunu söyləyib.

“Rusiyanın Ermənistandakı səfirliyi Moskvaya artıq bir neçə analitik material göndərib. Yaxın zamanlarda yeni antirusiya kampaniyasının başlayacağına dair söhbətlər dolaşır”, - məqalədə bildirilib.