\
5 Oktyabr 2024 - Şənbə

Azərbaycan Ordusu cəbhəboyu zonada gecə təlimləri keçirib

Azərbaycan Ordusu cəbhəboyu zonada gecə təlimləri keçirib
1962baxış

Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən hərbi hissələrində döyüş atışlı taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyindən Mediapress.az verilən məlumata görə, təlimlər çərçivəsində bölmələr gecə vaxtı müxtəlif döyüş tapşırıqlarını yerinə yetiriblər.

Təlimlərə cəlb edilən bölmələr müxtəlif təyinatlı silahlardan atışlar icra edərək şərti düşmən hədəflərini məhv ediblər.