KTMT Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı təcili iclas keçirəcək
1077
Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı təcili iclas keçirəcək.
Mediapress.az xəbər verir ki, bunu təşkilatın mətbuata katibi Vladimir Zeynəddinov deyib. Onun sözlərinə görə, bu gün baş tutacaq iclasın keçirilməsi təşəbbüsünü baş katib Stanislav Zasa irəli sürüb.
Post-məclis videokonfrans şəklində baş tutacaq.
Qeyd edək ki, ötən gündən Ermənistan Silahlı Qüvvələri Tovuz istiqamətindən atəşkəsi pozub, nəticədə 4 hərbçimiz şəhid olub.