\
4 Oktyabr 2024 - Cümə

Ermənistanda koronavirusdan ölənlərin sayı 580-i ötdü

Ermənistanda koronavirusdan ölənlərin sayı 580-i ötdü
1888baxış

Ermənistanda daha 339 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 32 490-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 581-ə çatıb. İndiyədək 20 729 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 996 aktiv koronavirus xəstəsi var.