\
4 Oktyabr 2024 - Cümə

Şəhidimiz gizir İlqar Zeynallı son mənzilə yola salınır (Yenilənib VİDEO)

Şəhidimiz gizir İlqar Zeynallı son mənzilə yola salınır (Yenilənib VİDEO)
1298baxış

Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusu daha bir şəhid verib.

"Yeni Müsavat" qəzetinin Tovuza ezam olunan reportyor qrupu xəbər verir ki, şəhidimiz gizir Zeynallı İlqar Ayaz oğludur.

Şəhidimiz İlqar Zeynallının nəşi yaşadığı Cəlilli kəndinə gətirilərək evində vida mərasimi keçirilib.

Gizirimiz son mənzilə yola salınmaq üçün qəbiristanlığa aparılıb.

Hazırda şəhidinizin evinin qarşısında böyük izdiham var.