Tovuz cəbhəsində başından güllələnən erməni hərbçi keçindi
1079
Ermənistan ordusunun Tavuş istiqamətində Azərbaycan ordusunun cavab atəşi nəticəsində yaralanan 36 hərbçidən biri ölüb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, ağır vəziyyətdə reanimasiyada olan hərbçi hospitalda keçinib. Ermənistan Müdafiə Nazirliyi yaydığı rəsmi məlumatda bildirib ki, 14 iyulda başından güllə yarası almış 2001-ci il təvəllüdlü Artur Muradyan 23 iyulda ölüb.