ABŞ Heritage Fondu: Dağlıq Qarabağ Azərbaycan ərazisidir
1115
Amerikanın "The Heritage Foundation"-u Beynəlxalq Siyasət Mərkəzinin direktoru Luke Coffey müxtəlif ölkələrdə turistik məqsədlərlə qısa müdətli ev kirayəsi xidmətləri təklif edən www.airbnb.com saytını Dağlıq Qarabağda da ev kirayəsi elanlarına icazə verdiyinə görə şəxsi Tvitter hesabında tənqid edib. Luke Coffey Dağlıq Qarabağın Azərbaycan ərazisi və Ermənistanın işğalı altında olduğunu qeyd edərək orada təklif edilən evlərin əsl sahiblərinin hüququnun tapdalandığını qeyd edib. O, eyni sözləri Gürcüstanın Rusiya işğalında olan Abxaziya ərazisində təklif olunan evlərə də aid edib.
Məlumat üçün bildirək ki, hal-hazırda Heritage Fondu dünyanın ən nüfuzlu düşüncə mərkəzidir. Bu fond Tramp Administrasiyası üzərində böyük nüfuza malikdir və verdiyi təkliflərin 80 faizi indiki ABŞ höküməti tərəfindən gerçəkləşdirilib.