\
24 Noyabr 2024 - Bazar günü

İsveçdə ermənilər azərbaycanlı iş adamına hücum ediblər - Foto

İsveçdə ermənilər azərbaycanlı iş adamına hücum ediblər - Foto
1250baxış

İsveçdə yaşayan azərbaycanlı iş adamı, Qarabağ qazisi Kənan Hacıəkbəroğlu ermənilərin hücumuna məruz qalıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, həmvətənimiz ötən gün Göteborqda “Vitt Hem Qarabağ” restoranından çıxıb, evinə gedib. Avtomobilini evinin qarşısında saxlayan zaman ona yaxınlaşan dörd nəfərin hücumuna məruz qalıb. Onlar K.Hacıəkbəroğluya baş və bədən nahiyəsindən xəsarət yetiriblər, erməni dilində təhqir ediblər. 

Həmvətənimiz çağırılan təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Ermənilər “Qarabag” dövlət nömrə nişanlı “Volvo” avtomobilini də əziblər.

Hadisə yerinə polis çağırılıb. İş adanını döyərək qaçan ermənilərin şəxsiyyətlərinin müəyyən olunması üçün araşdırmalara başlanılıb.

Məlumat üçün bildirək ki, Kənan Hacıəkbəroğlu əslən Azərbaycanın Ağdam şəhərindəndir. Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Sənan Rüstəmov adlı qardaşı qəhərmancasına şəhid olub.

O, məşhur batalyon komandiri Hacı Əkbər Rüstəmovun oğludur.