Daha bir erməni əsgəri məhv edildi
1765
Cəbhə xəttində daha bir erməni əsgəri məhv edilib. Ermənistanın News.am saytının separatçı rejimə istinadən yaydığı məlumata görə, dünən yerli vaxtla saat 14:20 radələrində Dağlıq Qarabağ ərazisində atışma zamanı erməni ordusunun əsgəri ölümcül yaralanıb. 1998-ci il təvəllüdlü sıravi Narek Arutunyan aldığı güllə yarasından yerindəcə keçinib.
Qeyd edək ki, bu, Ermənistan ordusunun atəşkəs rejimini pozması nəticəsində verdiyi itkilərdən biridir.