\
25 Noyabr 2024 - Bazar ertəsi

Cəbhədə minaya düşmüş erməni əsgərinin gözləri açılmır - 3 ölü, 1 yaralı

Cəbhədə minaya düşmüş erməni əsgərinin gözləri açılmır - 3 ölü, 1 yaralı
1756baxış

Qarabağ cəbhəsində nisbi sakitlik hökm sürsə də, düşmən tərəf ara-sıra təxribatlar törədir. Odur ki, itkilər verməkdədirlər. Mediapress.az-ın NEWS.am-a istinadən yaydığı xəbərə görə, Ermənistan ordusunun növbəti təxribatı zamanı 3 əsgər ölüb, bir nəfər yaralanıb. Sıravi Narek Oveyan mina partlaması nəticəsində ağır kəllə-beyin travması alıb. Nəticədə görmə qabiliyyətini itirib. Yaralı cismən sağ olsa da, həyat nişanələrini itirməkdədir. Onun anası Seda Qukasyan oğlunun vəziyyətini orta-ağır olaraq qiymətləndirir. Əsgər anası bütün ümidlərini 10 yanvar tarixinə bağladığını bildirir. Belə ki, yaralının vəziyyətində irəliləyiş müşahidə olunacağı təqdirdə gözündən əməliyyat olunacaq. Əsgər anası yeganə arzusunun oğlunun yenidən görə bilməsi olduğunu deyib və əlavə edib ki, oğlu yoldaşlarının öldüyündən xəbərsizdir.  

Qeyd edək ki, ötən ilin 21 noyabr tarixində müdafiə istehkamlarının birinin yaxınlığında 4 erməni əsgəri minaya düşüb. Onlardan 3-ü yerindəcə keçinib, 1-i isə ağır yaralanıb.

Mediapress.az