Adil Əliyev: "Cəbhə ilə bağlı dövlətin rəsmi məlumatlarına inanmalıyıq"
1944
“Ordumuzun fəaliyyəti, cəbhədəki vəziyyətlə bağlı rəsmi xəbər olmadan hansısa məlumatın yayılmasının qarşısını almaqla bağlı müəyyən işlər görməliyik”.
"Report" xəbər verir ki, bunu parlamentin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Milli Məclis Sədrinin müavini, komitə sədri Adil Əliyev deyib.
Onun sözlərinə görə, daimi olaraq düşmən təxribatı ilə üzləşirik:
“Biz dövlətin rəsmi məlumatlara inanıb, onların təbliği ilə məşğul olmalıyıq”.