“Qanuni oğru” adından imtina edən erməni Rusiyada tutuldu - Kriminal aləmin üz qarası
Moskvanın Presnenskiy məhkəməsi 56 yaşlı “Bce” ləqəbli qanuni oğru barədə həbs qətimkan tədbiri seçib. Əsl adı Vardan Asatryan olan “Bce” kriminal aləmdə qəribə reputasiyaya malikdir. “Praym Kraym” informasiya agentliyinin məlumatına görə, Vardan Asatryan iri həcmdə narkotik maddələrin qanunsuz dövriyyəsinə və istehlakına görə həbs olunub. Onun on ilə qədər cəza alacağı gözlənilir.
Qeyd edək ki, “Bce” 2008-ci ildə uşaqları girov götürərək sahiblərinə pulla satdığı üçün Ded Xasan tərəfindən qanuni oğru adını alıb. Halbuki, həmin dövrdə Vardan Asatryan ciddi cəhdlə bu faktları inkar etməyə çalışırdı. Ded Xasanın qətlindən sonra Vardan Asatryan qanunvericilik orqanları qarşısında günahsız olduğunu, qanuni oğru adından imtina etdiyini bəyan etməyə başladı. Bu səbəbdən Sergey Asatryan kriminal avtoritetlərin qarşısında onu döyərək cəzalandırdı.
Buna baxmayaraq, “Bce” 2015-ci ilin yanvar ayında Şakro Molodoyun təşkil etdiyi kriminal zirvədə Yerevan oğru aləmini təmsil edən nümayəndələrin arasında idi.