\
3 Oktyabr 2024 - Cümə axşamı

"Sizi uğurlu əməliyyatlarımızla sevindirəcəyik. Qələbə bizimlədir!" - Anar Eyvazov

"Sizi uğurlu əməliyyatlarımızla sevindirəcəyik. Qələbə bizimlədir!" - Anar Eyvazov
1736baxış

"İşğal altında olan vacib yüksəkliklər azad edilib"

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib. 

 

Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Qərədiz, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Anar Rzayev bildirib ki, bundan əlavə Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb: "Döyüş əməliyyatları davam edir. Mən sizi əmin edirəm ki, bundan sonra da sizi uğurlu əməliyyatlarımızla sevindirəcəyik. Qələbə bizimlədir!"