\
24 Noyabr 2024 - Bazar günü

Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi

Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi
1668baxış

"Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub. Azərbaycan əsgərinin uğurundan ruhlanan on minlərlə həmvətənimiz Müdafiə Nazirliyinə müraciət edərək Ordumuzla birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildiriblər".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

"Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə təşəkkür edir və döyüşlərə qoşulmaqla şəxsi heyətin yanında olmaq istəyən hər kəsə dərin minnətdarlığını çatdırır.

Bildiririk ki, könüllü döyüşlərə qatılmaq arzusunda olan döyüş və müharibə təcrübəsinə malik vətəndaşlarımız hərbi hissələrə deyil Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsinlər.

Qələbə bizimlədir! Vətən torpaqları işğaldan azad ediləcəkdir!", nazirlikdən bildirilib.