\
3 Oktyabr 2024 - Cümə axşamı

Tonaşendə köməyə gələn düşmən canlı qüvvəsi belə məhv edildi - VİDEO

Tonaşendə köməyə gələn düşmən canlı qüvvəsi belə məhv edildi - VİDEO
1705baxış

Azərbaycan Müdafiə Nazirliyi düşmənin Ağdərənin Tonaşen kəndi istiqamətində cəmləşmiş qüvvələrinə qarşı aparılan döyüşlər barədə yeni kadrlar yayıb. Nazirliyin məlumatında deyilir ki, Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci polkunun 2-ci batalyonu qoşunlarımızın güclü zərbələrinə məruz qaldığından komandanlıqdan təcili kömək istəyib.

Köməyə gələn ehtiyat qüvvələr tərəfimizdən aşkar olunaraq atəş zərbəsi ilə məhv edilib.