\
24 Noyabr 2024 - Bazar günü

Güney Azərbaycanın milli və mədəni fəallarından DƏSTƏK YÜRÜŞÜ - Eksklüziv

Güney Azərbaycanın milli və mədəni fəallarından DƏSTƏK YÜRÜŞÜ - Eksklüziv
1192baxış
Güney Azərbaycanın milli və mədəni fəalları Dağlıq Qarabağın azadlığı, habelə İran rejiminin bu işdə təxribatı ilə bağlı toplu bəyanat yayıblar.
 
Mediapress.az xəbər verir ki, bəyanatda deyilir: 
 
“Qarabağ dünya türklərinin və İslamın köhnə yarasıdır. Biz, Güney Azərbaycanın böyük və müqəddəs milli hərəkatının bir qrup fəalı olaraq Azərbaycan Ordusunun Dağlıq Qarabağın işğaldan azad edilməsi yolunda irəliləməsini dəstəkləyir və bəyan edirik. İran höküməti Rusiyanın Ermənistana göndərdiyi silah daşıyan yük maşınlarının öz ərazisindən keçməsinə icazə verib. İran rejimi yüksək kirayə haqqı ödəməklə öz yük maşınlarını Rusiya silahlarını Ermənistana daşımağa məcbur edir.
Biz Azərbaycan xalqı bu biabırçılığa dözmürük. Molla rejimi bu qeyri-insani hərəkətini davam etdirərsə, İrandakı azərbaycanlı gənclər buna layiqli cavab verəcəklər. Canımız bahasına başa gəlsə belə, Dağlıq Qarabağın azadlığı uğrunda savaşı Ənzəli- Norduz yollarına qədər genişləndirəcəyik". 
 
P.S. Əldə etdiyimiz son məlumata görə, bununla bağlı hazırda bəzi milli fəalları evlərindən həbs edilməkdədirlər. 
Onu da əlavə edək ki, bu gün Təbriz vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə 17:30) Güney Azərbaycanın bütün şəhərlərində (Təbriz, Ərdəbil, Urmi, Zəngan və s.) Qarabağa dəstək məqsədilə etiraz yürüşü keçiriləcək.