\
3 Oktyabr 2024 - Cümə axşamı

Düşmən qüvvə və vasitələrinin məhv edilməsinin görüntüləri - VİDEO

Düşmən qüvvə və vasitələrinin məhv edilməsinin görüntüləri - VİDEO
1758baxış

Azərbaycan Müdafiə Nazirliyi ötən gecə cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsinin və texnikasının sərrast zərbələrlə məhv edilməsinə dair yeni görüntüləri paylaşıb. Görüntülərə əsasən pilotsuz uçan aparat gecə saatlarında düşmənin mövqe rayonlarında cəmləşən canlı qüvvəyə raket zərbələrinin endirilməsini qeydə alır. Bu zərbələrin nəticəsində ölən düşmən hərbçilərinin sayı onlarladır. Habelə görüntülərdə düşmənin döyüş mövqelərindən birində dayanmış hərbi yük avtomobillərinin necə məhv edildiyi əksini tapıb.