\
3 Oktyabr 2024 - Cümə axşamı

Ermənistan ölən daha 51 hərbçisinin siyahısını açıqladı - FOTO

Ermənistan ölən daha 51 hərbçisinin siyahısını açıqladı - FOTO
1767baxış
İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir.
 
“BakuPost” xəbər verir ki, oktyabrın 1-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı məhv edilən erməni hərbçilərinin növbəti siyahısını “Sputnik Ermənistan” saytı yayıb.
 
 
Bildirilir ki, ermənilər daha 51 hərbçi itirib. Bununla da Ermənistan tərəfi 207 hərbçisinin öldüyünü etiraf edib.