Türkiyədə yaşayan erməni: “Azərbaycanın yanındayıq!”
1826
Türkiyədə "Vətən” Partiyasının Ankara Təbliğat və Mətbuat Bürosunun rəhbəri, erməni əsilli Sarkis Kısaohanyan sosial şəbəkədəki etiraf dolu paylaşımı ilə gündəm olub.
Mediapress.az-a Qafqazinfo-ya istinadən xəbər verir ki, Ankarada yaşayan 27 yaşlı Sarkis paylaşımında bunları qeyd edib:
"Türkiyədə yaşayan ermənilər türk millətinin fərdləridir. Ermənistan Qarabağı imperializmdən aldığı güclə işğal edib. Azərbaycanın yanındayıq! Nöqtə”.