Ermənistan ordusunun raket atəşinə məruz qalan Gəncə şəhəri - FOTOSESSİYA
1858
Ermənistan ordusunun raket atəşinə məruz qalan Gəncə şəhərində xeyli sayda yaşayış evi və mülki obyekt tam dağılıb.
APA-nın şəhərin son görüntülərini təqdim edir.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminin tələblərini pozaraq, 11.10.2020-ci il tarixdə gecə saatlarında müharibə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzində çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 33 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib. Ölən və yaralananların arasında xeyli qadın və uşaq var.
1 / 37