\
3 Oktyabr 2024 - Cümə axşamı

MN: Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib

MN: Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib
1740baxış

Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, xeyli sayda canlı qüvvə və hərbi texnika itirən düşmən döyüş meydanını qoyaraq qaçmağa məcbur edilib.