\
3 Oktyabr 2024 - Cümə axşamı

Ermənistanın “Malış” ləqəbli terrorçusu da öldürüldü (FOTO)

Ermənistanın “Malış” ləqəbli terrorçusu da öldürüldü (FOTO)
1743baxış
Xəbər verdiyimiz kimi, işğalçı Ermənistan tərəfi ötən gün həlak olan daha 96 hərbçinin adlarını açıqlayıb.
 
Məlumatına görə, siyahıdan məlum olub ki, sentyabrın 27-dən Qrabağda gedən döyüşlərdə məşhur erməni terrorçu, "Malış” ləqəbli Mqer Arutyunyan da zərərsizləşdirilib.
 
Ermənilərin sosial şəbəkələrdə yazdıqlarından bu da bəlli olub ki, terrorçu oktyabrın 9-da məhv edilib.
 
Məlumata görə, 1973-cü il təvəllüdlü M. Arutyunyan hələ 1991-1994-cü illərdə, eləcə də 2016-cı il Aprel hadisələri zamanı işğalçı Ermənistan ordusunun tərkibində vuruşub. (qaynarinfo)