Azərbaycan bayrağı Hadrutun mərkəzində dalğalanır! - VİDEO
1922
Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazisi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulub. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Mediapress.az müharibənin oktyabrın 13-nə olan xülasəsini təqdim edir:
Saat 8 radələrində Ermənistan silhalı qüvvələri Tərtər rayonunun ərazisini atəşə tutub.
Həmçinin humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə məruz qoyub.
Saat 09:30 radələrində Ermənistan silhalı qüvvələri Ağcabədi rayonunun ərazisini atəşə tutub.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Döyüş əməliyyatları zamanı Ermənistan Silahlı Qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.
Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.
Döyüş əməliyyatları zamanı tanınmış erməni terrorçu, “Körpə” ləqəbli Mqer Arutyunyan da zərərsizləşdirilib.
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsinin görüntüsünü yayımlayıb.
Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist Aleksandr Kots təsadüfən Ermənistan ordusu sıralarındakı böyük itkilərin üstünü açıb.
Jurnalist öz “Telegram” kanalında onlarla qanlı xərək fotoları paylaşıb. Şəkillərdən aydın olur ki, bu xərəklər döyüş əməliyyatları zonasında istifadə olunub.
Jurnalist öz “Telegram” kanalında onlarla qanlı xərək fotoları paylaşıb. Şəkillərdən aydın olur ki, bu xərəklər döyüş əməliyyatları zonasında istifadə olunub.
Sentyabrın 27-də - cəbhədə döyüşlərin başladığı gündən bəri düşmənin qərəzli şəkildə Azərbaycanın mülki obyektlərinə və dinc sakinlərinə qarşı təxribatı davam edir. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmilər Horadiz şəhərinə də ciddi ziyan vurub.