\
24 Noyabr 2024 - Bazar günü

“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” (RƏSMİ) - VİDEO

“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” (RƏSMİ) - VİDEO
1878baxış
"Azərbaycan Ermənistanla sərhədyanı dövlətdir. Ermənistan silahlı qüvvəlləri şəhərlərimizə zərbələr endirirlər”.
 
Mediapress.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bunu Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev atəşkəs qərarından sonra cəbhədə baş verən hadisələrlə bağlı brifinqdə çıxışı zamanı bildirib.
 
Onun sözlərinə görə, dünən düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya da düşə bilərdi:
 
"O zaman zərər törədə və infrastruktura ziyan dəyə bilərdi. Kəşfiyyat məlumatlarına görə, Ermənistan Xankəndi ətrafında Ballıca yaşayış mövqeyindən "Toçka-U” raketi ilə şəhərlərimizə zərbələr endirib”.