\
3 Oktyabr 2024 - Cümə axşamı

Qarabağda erməni generalı məhv edildi (FOTO)

Qarabağda erməni generalı məhv edildi (FOTO)
1661baxış
Azərbaycan ordusunun Dağlıq Qarabağdakı bölmələrinin uğurlu fəaliyyətləri nəticəsində Ermənistan qoşunları ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilmək məcburiyyətində qalıblar.
 
Mediapress.az Oxu az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Armiya.az verib.
 
Verilən məlumata görə, erməni general-mayor Artak Tonoyan dünən gecə Qarabağda məhv edilib.
 
A.Tonoyan əvvəllər Ermənistan silahlı qüvvələrinin sülhməramlı qüvvələrinin briqadasına rəhbərlik edib.
 
O, oktyabrın 13-də Ermənistan Müdafiə Nazirliyi tərəfindən Qarabağa, cəbhəyə göndərilib və orada Azərbaycan ordusu tərəfindən məhv edilib.