Paşinyan sülh tərəfdarı olmadığını bir daha bildirdi
1429
Dağlıq Qarabağ məsələsində diplomatik həll yolu yoxdur.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" hesabında etdiyi canlı yayım zamanı bildirib.
Paşinyan bildirib ki, Qarabağ məsələsinin indi və bundan sonrakı üzun müddət ərzində sülh yolu ilə həlli mümkün deyil: "Diplomatik həll yolu haqqında danışmaq artıq mənasızdır"
Paşinyan digər bir çağrışı ilə dinc əhalini də silahlanaraq döyüşlərə qatılmağa çağırıb:
"Qarabağ məsələsinin hazırki mərhələdə diplomatik həlli yoxdur. Hər kəs əlinə silah almalı, vətəni qorumalıdır. Cəmi 2 seçimimiz var, qələbə və yaxud məğlubiyyət. Başqa seçim yoxdur. Artsax olmasa Ermənistan da olmayacaq".