\
3 Oktyabr 2024 - Cümə axşamı

Ermənilərin daha bir neçə texnikası məhv edilib

Ermənilərin daha bir neçə texnikası məhv edilib
1805baxış

Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli sayda itki var.

Bu barədə Mediapress.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.