İrəvanda ASALA terror təşkilatının üzvü güllələnib - FOTO
1993
Bu gün səhər saatlarında İrəvanda ermənilərin ASALA terror təşkilatının üzvü, Erməni İnqilabi Federasiyası-Daşnaksutunun Beyrutdakı təşkilatının funksioneri Parkev Şmavonyan güllələnib.
Hadisə Mher Mkrtçyan küçəsində, Tiqran Mets prospekti ilə kəsişmədə yerləşən binada baş verib.
38 yaşlı P.Şmavonyan Beyrutda daşnaklarla Jmayel və Şamun partiyaları arasındakı əlaqələrin koordinatoru idi.
Şamovyan Beyrutda ermənilərin kompakt yaşadıqları Burj-Həmud məhəlləsindəki "La Bamba" butikinin sahibi, "əsl daşnak" kimi tanınmış Koryun Şamovyanın kiçik oğludur.