\
3 Oktyabr 2024 - Cümə axşamı

MN: Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır

MN: Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır
1759baxış

Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat qətiyyən həqiqətə uyğun deyil.

Bu barədə Mediapress.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Azərbaycan Ordusu cəbhənin bütün sahələrində düşmən üzərində tam taktiki və atəş üstünlüyünə malikdir. Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır", - məlumatda qeyd olunub.