\
24 Oktyabr 2024 - Cümə axşamı

“Serj Sarkisyan, sən dünyaya tikanlı məftillərin arxasından baxacaqsan” - Etirazçılardan sabiq prezidentə hədə-qorxu

“Serj Sarkisyan, sən dünyaya tikanlı məftillərin arxasından baxacaqsan” - Etirazçılardan sabiq prezidentə hədə-qorxu
1708baxış

Ermənistanda etiraz hərəkatı geniş vüsət almaqdadır. News.am saytının məlumatına görə, etiraz hərəkatının rəhbəri deputat Nikol Paşınyan Serj Sarkisyanın iqamətgahının yaxınlığında sabiq prezidentə və xalqa müraciət edib. Paytaxtın Baqramyan 26 ünvanında dayanan etirazçılar qarşısında çıxış edən N.Paşinyan sabiq prezidenti bir növ məsxərəyə qoyaraq deyib: “bu gecə Sarkisyan küçələrdən dəmir barmaqlıqları və polis qüvvələrini çıxarmağı əmr edib. Çünki dünən mən Respublika meydanında bəyan etmişdim ki, indən belə Serj Sarkisyan Ermənistana dəmir barmaqlıqlar arxasından baxacaq. Biz bura gəlmişik ki, həmin tablo canlansın”. Müxalifət hərəkatının rəhbəri Nikol Paşinyan daha sonra birbaş Serj Sarkisyana müraciət edərək deyib: “Serj Sarkisyan, sən dünyaya polis qalxanlarının və tikanlı məftillərin arxasından baxacaqsan”. Sonda baş müxalifətçi rişxəndlə polis qüvvələrinə də təşəkkürünü bildirib.  

Daha sonra kütləvi yürüş şəhərin küçələrində davam etdirilib.     

Mediapress.az