Düşmən daha 44 itkisini açıqladı
1832
İşğalçı Ermənistan Dağlıq Qarabağda məhv edilmiş daha 44 hərbçisinin adını açıqlayıb.
Siyahını erməni KİV-ləri dərc edib. Onlardan 12-si 19-20 yaşlı hərbi qulluqçu, 7-si ehtiyatda olan, 4-ü isə könüllüdür (onlar əsasən könüllü adı ilə döyüşə cəlb olunan muzdlulardır-red).
Real faktlar təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri açıqlanan rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları döyüşlərə cəlb edir. Onların ölüm statistikası aparılmır.
Bununla da Ermənistan ordusunun rəsmi açıqlanan itki sayı 1221-ə çatıb.