Yerevanda etirazçılar Soros Fondunun ofisini dağıtdılar
1715
Ermənistanın paytaxtı Yerevanda etirazçılar Açıq Cəmiyyət Fondunun (Soros Fondu) ofisinə hücum ediblər.
Etirazçılar ofisin qapısını sındıraraq içəri daxil olublar və bütün əşyaları dağıdıblar.
Qeyd edək ki, bu xəbər öz teleqram kanalında rusiyalı hərbi ekspert, “Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko şərh edib. "Niyə talan etdilər – Paşinyanı axtarırdılar? Yoxsa müharibədə səmərəsiz dəstəyə görə?”- o yazıb.