\
3 Oktyabr 2024 - Cümə axşamı

Rusiya sülhməramlılarını gətirən 12 təyyarə Ermənistana endi

Rusiya sülhməramlılarını gətirən 12 təyyarə Ermənistana endi
1698baxış
Bortunda Rusiya sülhməramlıları olan 12 ədəd İl-76 təyyarəsi Ermənistana enib.
 
Bu barədə RİA Novosti Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.
 
Qeyd edilib ki, içərisində Rusiya sülhməramlı qüvvələrinin komandanlığı, zabitləri və 15-ci sülhməramlı briqadanın hərbçiləri olan 12 İl-76 hərbi nəqliyyat təyyarəsi Ermənistan Respublikasına çatıb.
 
Onlar 200-dən çox hərbi personalı, zirehli personal daşıyıcılarını, zirehli maşınları və rabitə vasitələrini təslim ediblər.