\
3 Oktyabr 2024 - Cümə axşamı

Şəhid övladlarının həmyaşıdları ilə birgə dünyaya müraciəti - VİDEO

Şəhid övladlarının həmyaşıdları ilə birgə dünyaya müraciəti - VİDEO
1165baxış

Bu gün dünyaya özünü əzilmiş xalq kimi göstərməyə çalışan ermənilər Beynəlxalq aləmi çaşdırmaq yönündə addımlarını dayandırmır, əksinə Azərbaycan əleyhinə yeni yeni yalanlar uydurmaqda davam edirlər.


Erməni yalanlarını ifşa etmək, Azərbaycanın haqq səsini ucaltmaq hər bir vətəndaşın borcudur.  


Bu dəfə dünyaya Azərbaycanın Milli qəhrəmanı, Şəhid polkovnik-leytenant Murad Mirzəyevin qızı Dəniz Mirzəyeva, Şəhid baş leytenant Mirzə Novruzovun qızı Nuray Novruzova, Şəhid polkovnik Vüqar Yusifovun qızı Aytən Yusifova, jurnalist Tural Müseyibovun övladları səslənib. Onlar Beynəlxalq aləmi Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terrora göz yummamağa çağırıb. İngilis dilində hazırlanan video çarxda səslənən musiqinin müəllifi bəstəkar (İncəsənət üzrə Magistr, Avstriya Grats) Tahir İbişovdur.

Video çarx Azpromedia Şirkəti tərəfindən hazırlanıb.