Levon Ter-Petrosyan erməniləri reallıqla barışmağa çağırdı
“Erməni Milli Konqresinin dünənki bəyanatı bir çoxlarında-istər indiki hakimiyyət düşərgəsində, istərsə də müxtəlif radikal müxalifət düşərgəsində yanlışlıq yaradıb, o mənada ki, guya biz həmin düşərgələrdən birini dəstəkləyirik”.
Virtualaz.org luir.am.saytına istinadən bildirir ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın bəyanatında delə deyilir.
Xatırladaq ki, ötən gün eks-prezidentin rəhbərlik etdiyi Erməni Ümummilli Hərəkatı N. Paşinyan hökumətini konstitusiyaya zidd tədbirlərdə ittiham edərək, Ermənistanda vətəndaş müharibəsi təhlükəsinin olduğunu bəyan edib.
“Aydındır ki, biz hakimiyyət uğrunda indiki mübarizənin nə iştirakçısı, nə də tərəfdarıyıq. Biz yalnız vətəndaş müharibəsindən yaxa qurtarmaq, hazırkı böhranı yalnız Konstitusiya yolu ilə aradan qaldırmaq istəyirik-bunu hansı tərəfin edəcəyindən asılı olmayaraq. Əlbəttə, ən arzuolunan variant iki tərəf arasında razılaşmadır.
Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli razılaşmasına gəldikdə isə, ən azından müharibənin başa çatdığını və bir daha qurbanların olmayacağını nəzərə alsaq, onu reallıq kimi qəbul etmək lazımdır. Sazişin həyata keçirilməsi və Qarabağ probleminin qəti həlli prosesi yaxın gələcəyin işidir və Ermənistan ona ciddi şəkildə hazır olmalıdır”, - deyə bəyanatda qeyd edilib.