\
23 Noyabr 2024 - Şənbə

Ermənilər təhdid edilib: Paşinyana qarşı çıxan - evini itirəcək

Ermənilər təhdid edilib: Paşinyana qarşı çıxan - evini itirəcək
1859baxış

Bir neçə gündür Ermənistanda Baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən kütləvi aksiyalar davam edir. 17 müxalifət partiyasının təşkil etdiyi nümayişə 10 mindən çox insan qatılıb, Azadlıq Meydanında Paşinyana qarşı istefa şüarları səsləndirilib.

Üç gündür davam edən etirazlar dünya mətbuatında da geniş əks olunub. BBC müxbiri Jonah Fisher qeyd edib ki, Dağlıq Qarabağda məğlubiyyəti qəbul etməyən ermənilər aksiyada göz yaşıdı axıdır, polislə tez-tez toqquşurlar. Agentlik vurğulayır ki, etirazçılar 44 günlük müharibənin sonunda imzalanan bəyanatın ləğv olunmasını tələb edirlər.

“Röyters” isə polislərin müxalifətlə üz-üzə gəldiyini, xeyli sayda həbslərin olduğunu qeyd edib.

Bildirilib ki, Ermənistanın müxalifət liderlərindən olan Qaqik Tsarukyan olmaqla 100-dən çox insan saxlanılıb. Onlardan bir neçəsi sərbəst buraxılsa da, hələ də həbsdə saxlanıların olduğu vurğulanıb.

Onlar dövlət sirlərini ifşa etmək, müharibə dövründə asayişi pozmaqda ittiham edilir.

BBC vurğulayır ki, aksiya iştirakçıları Təhlükəsizlik Dairəsinə gedərkən onları polis ordusu və xeyli sayda avtobusla dolu təhlükəsizlik qüvvələri qarşılayıb.

CNN isə qeyd edir ki, Paşinyana qarşı etirazlar kütləviləşir və ölkə vətəndaş müharibəsi astanasındadır.

Böyük Britaniyadan olan politoloq Lourens Brurs BBC-yə açıqlamasında Azərbaycanın məqsədinə çatdığını, müharibənin bitdiğini qeyd edib: “İndi rus sülhməramlıları daha çox qan axıdılmasının qarşısını alacaq. Rəsmi Bakı üçtərəfli bəyanat imzaladı”.