İrəvan polisi rəsmən elan etdi - Atəş açacağıq - VİDEO
İrəvanın Respublika meydanında yenidən etiraz aksiyalarına start verilib.
Etirazçılarla bərabər hökumət binasının ətrafına külli miqdarda polis yığılıb.
Etirazın ilk dəqiqələrindən etibarən polis həbslərə başlayıb.
***
İrəvanda etirazların lideri olan Nikol Paşinyan səhər tezdən Ermənistan hökumətinin binasının yerləşdiyi Respublika meydanına gəlib. O, burada jurnalistlərə açıqlama verərək, polisin etirazçılara qarşı silahdan istifadə etmək haqqının olmadığını bildirib.
Bununla Paşinyan dünən Ermənistan polisinin yaydığı bəyanata cavab verib. Belə ki, polis dünən yaydığı bəyanatda hökumət binalarının müdafiəsi zamanı xüsusi vasitələr və hətta silahdan istifadə etmək haqqının olduğunu bildirib.
Artıq İrəvanın mərkəzində müxtəlif şayiələr yayılmağa başlanıb. Rusiyanın “Ekpress qəzeti” şəhərə Dağlıq Qarabağdan tanklar gətirildiyi haqqında məlumat yayıb.
Ermənistan Prezidenti Serj Sərkisyan da etiraz aksiyalarına reaksiya verib. Sərkisyan dünənki açıqlamasında bu aksiyaların ölkənin iqtisadiyyatına mənfi təsir etdiyini bildirib.
***
İrəvan polisi mitinq iştirakçılarının gözlənilməz istiqamətlərdə hərəkətlərilə bağlı bəyanatını “ciddi təhlükə” adlandırıb.
Polisdən bildirilib ki, dövlət idarələri xüsusi qorunan obyektlər hesab olunur və polislərin də vəzifəsi həmin obyektləri təhlükə olacağı təqdirdə, silah gücünə də olsa, qorumaqdır:
“Vətəndaşları, aksiyalarda iştirak edən yeniyetmələri, onların valideynlərini ayıq-sayıq olmağa, aksiya təşkilatçılarının çağırışlarına məhəl qoymamağa çağırırırq”.
Paşinyan və tərəfdarları yürüş zamanı "Surmalu" və "Petak" ticarət mərkəzinə dazil olub. Polis kardonunu yararaq içəri girməyə nail olan Paşinyan tacirləri tətilə çağırıb və 19:00-da Respublika meydanında böyük mitinq olacağını bildirib. (axar)